featured-image-25391

Fransa futbolunun əfsanəsi Tyeri Anri “Mançester Yunayted”ə məsləhət görüb ki, Harri Keyni transfer etsin.

Msport.az xəbər verir ki, o, Viktor Osimhendənsə, Keynin daha çox xeyir verəcəyini bildirib:

“Harri Premyer Liqasını yaxşı tanıyır. “Mançester Yunayted” in yerinə olsam, Keyni alardım. Bu o demək deyil ki, Osimhen zəif oyunçudur. Söhbət ondan getmir.

Osimhen istənilən liqaya adaptasiya ola bilər. Keyn isə istənilən yerdə oynaya bilər”.

Qeyd edək ki, “Mançester Yunayted”in Osimhenlə maraqlanması barədə xəbər yayılıb.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər