featured-image-36329

“Barselona”nın yarımmüdafiəçisi Ansu Fati  klubunu dəyişə bilər.

Msport.az xəbər verir ki, ispan futbolçunu”Tottenhem” icarə əsasında heyətinə qatmaq istəyir.

“Barselona” “Tottenhem”dən Fatinin icarə müddətində tam maaşını ödəməsini istəyir. Belə ki, Fati 10 milyon avro məvaciblə Kataloniya təmsilçisinin ən yüksək maaş alan oyunçularından biridir.

Qeyd edək ki, Ansu Fati “Barsa”nın yetirməsidir. O, klubda 112 oyuna çıxıb, 29 qol vurub və 10 məhsuldar ötürmə edib.

Royal Türksoy

Bənzər xəbərlər