featured-image-56099

“Barselona”nın futbolçusu Ansu Fati İtaliyaya yollanmağa yaxındır.

Msport.az “Tuttsport”a istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçiyə “Roma”dan təklif gəlib.

“Canavarlar” “Barsa” rəhbərliyinə rəsmi təklif də göndərib.

Qış “transfer pəncərəsi” zamanı Fati “Roma”ya altı aylıq icarəyə verilə bilər.

21 yaşlı futbolçunun Kataloniya təmsilçisi ilə müqavilə müddəti 2027-ci ilin iyunun 30-na qədərdir. O, ötən mövsümü icarə əsasında “Brayton”da keçirib.

Bənzər xəbərlər