featured-image-50740

Cənubi Koreya çempionatında 22-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” “Seul”la qarşılaşıb.

Millimizin üzvününü komandası rəqibinə 1:2 uduzub.

Krivotsyuk meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, 90+5-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

“Daejeon” 19 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Bənzər xəbərlər