featured-image-65255

“Vilyarreal” “Mançester Yunayted”in futbolçusu Antoni ilə yaxında maraqlanır.

Msport.az “El Nacional”a istinadən xəbər verir ki, Çempionlar Liqasına vəsiqə qazanan La Liqa təmsilçisi hücum xəttini braziliyalı vingerlə gücləndirmək istəyir.

“Sambaçı” baş məşqçi Marselinyonun sisteminə uyğun gələn ən ideal namizəd hesab olunur.

Qeyd edək ki, Antoni mövsümün ikinci yarısını icarə əsasında “Betis”də keçirib. O, bu mövsüm 37 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Antoni ilə “Yuventus”un maraqlandığı iddia olunur.

Bənzər xəbərlər