featured-image-40159

“Yuventus”un sabiq baş məşqçisi Antonio Konte kluba qayıda bilər.

Msport.az “Radio Radio” nəşrinə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis artıq Turin təmsilçisinin rəhbərliyi ilə razılığa gəlib.

O, 2023/2024 mövsümünün sonunda “qoca sinyora”ya qayıdacaq və Massimiliano Alleqrini əvəzləyəcək.

Qeyd edək ki, Antonio Konte 2011 – 2014-cü illərdə “Yuventus”da işləyib. O, son olaraq İngiltərədə “Tottenhem”in sükanı arxasında olub.

Bənzər xəbərlər