featured-image-63184

“Mançester Siti”nin sabiq hücumçusu Serxio Aqüero komandanın hazırkı forvardı Erlinq Halandın klub üçün vurduğu qolların sayına görə onu keçib-keçməyəcəyi sualını cavablandırıb.

Msport.az xəbər verir ki, argentinalının fikrincə, norveçli futbolçu bunu bacaracaq:

“Ümid edirəm ki, Haland məni keçəcək. O, möhtəşəm futbolçudur və bu hədəfə çox yaxındır. Düşünürəm ki, mənim qol sayıma çata, hətta keçə bilər. Bu, idman üçün çox yaxşıdır. Ümid edirəm ki, Erlinqin vuracağı bütün qollar “Mançester Siti”nin titullar qazanmasına kömək edəcək”.

Qeyd edək ki, Serxio Aquero 390 oyunda 260 qolla “Mançester Siti” tarixinin ən məhsuldar futbolçusudur. Erlinq Halandın isə aktivində 137 matçda 119 qol var.

Bənzər xəbərlər