featured-image-21480

Serxio Aquero Zlatan İbrahimoviçin Argenina millisinin dünya çempionu olması ilə bağlı fikrini cavablandırıb. Msport.az xəbər verir ki, isveçli futbolçu mundialın finalını şərh edərkən belə demişdi: “Messini hər zaman xatırlayacaqlar. Özünü pis aparanlara hörmət eləməyə dəyməz. Mbappe daha bir dünya çempionatını qazanacaq, onlar isə yox”.

Aqueronun cavabı özünü çox gözlətməyib: “Qəribədir, çünki o, kifayət qədər döyüşkən futbolçudur. Çox yaxşı oyunçudur, bunu heç müzakirə etməyə dəyməz. Amma dalaşqandır.

Pep Qvardiola ilə dalaşdın, ondan sonra istədin ki, “Barselona” səni satsın. Əvvəlcə bax gör, karyeran ərzində özünü necə aparmısan. Yadımdadır, “Mançester Yunayted” və “Mançester Siti”də bir-birimizə qarşı necə oynayırdıq. Sən həmişə mübahisə edirdin. Məncə, kiminsə özünü pis aparmasından sən ümumiyyətlə, danışmamalısan.

Yəqin ki, çıxışını “istərdim Fransa qalib gəlsin” sitatı ilə başa vurmaq istəmisən. Deyirsən ki, argentinalılar özlərini pis apardılar və sən bunu yüksək səviyyəli peşəkar oyunçu kimi deyirsən. Amma mənə elə gəlir ki, oyunlar vaxtı sən də özünü pis aparırdın. Odur ki, özünə qayıtmayacaq daşı atmaq lazım deyil”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər