featured-image-19345

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Səbail” – “Qarabağ” görüşündən (0:3) sonra qonaqların baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib.

Msport.az xəbər verir ki, “ilin ən yaxşı məşqçisi” mükafatını almış mütəxəssis komandasından razılıqla danışıb:

“Maraqlı və dinamik bir oyun keçdi. Baxmayaraq ki, futbolçular evə tez getmək istəyirdilər, lakin komandanın konsentrasiyası, hazırlığı tam qaydasında idi.  Buna görə də sona kimi həmin dinamikanı qoruyub saxlaya bildilər. Təbrik edirəm, futbolçularımı. Təkcə qələbə yox, həm də istəyirdik ki, yaxşı oyunla qış fasiləsinə gedək. Çox istəkli, intizamlı bir komanda gördüm meydanda. Həqiqətən bu qələbəyə layiq idik”.

Ağdam klubunun çalışdırıcısı Elvin Cəfərquliyevə göstərilən sarı vərəqə zamanı hakimlərə etiraz etməsinə də aydınlıq gətirib: “Orda elə bir ciddi problem yox idi. Oyunda mübarizə də olmalıdır. Deyirdim ki, belə rahat sarı vərəqə verməsinlər. Belə hallar oyunun gedişində çox olur. İlk dəqiqələrdən belə şey olsa və sarı vərəqə göstərilsə, futbolçu ehtiyatla oynamağa başlayacaq. Sadəcə kiçik bir iradımı bildirdim, daha doğrusu tövsiyəmi.

Qurbanov 2022-ci ildə “Qarabağ”ın çıxışına qiymət verib: “Futbolçularıma təşəkkür edirəm. Yanvar ayından öz işlərinə çox ciddi yanaşdılar və sonadək bunu qoruyub saxlaya bildilər. Qarşılarına qoyulan məqsədi tam olmasa da, 70-80 faiz yerinə yetirə bildilər. Digər 20 faizi hardasa bəxt amilinə və ya rəqibin üstünlüyünə bağlamaq olar. Ümumən, bu günə kimi futbolçularımdan tam razı qaldım. Arada istəmədiyimiz bəzi nəticələr oldu. Hər bir halda deyərdim ki, futbolçularım möhtəşəm bir il keçirdilər”. (CBC Sport)

 

Bənzər xəbərlər