“Yuventus”un transfer siyahısı - 5 hücumçu
“Yuventus” qış transfer pəncərəsində yeni hücumçu almağı planlaşdırır.
Msport.az xəbər verir ki, Turin təmsilçisinin maraq dairəsində olan futbolçulardan biri “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur.
İtaliya klubu cari mövsümdə qol vurmaqda yaşadığı çətinliklərə görə hücum xəttini gücləndirmək niyyətindədir. Randal Kolo-Muani və Nik Völtemade gözlənilən nəticəni verə bilmirlər. Bu səbəbdən “Yuventus” rəhbərliyi yeni hücumçu axtarışlarını davam etdirir. Klub daha əvvəl maraq göstərdiyi Benjamin Şeşkonun transferi variantına yenidən qayıtmağı düşünür.
Turin təmsilçisinin siyahısında “Monako”nun hücumçusu Folarin Baloqun da yer alır. Digər namizəd “Sanderlend”də çıxış edən Brayan Brobbidir. “Yuventus” “Ayntraxt”ın hücumçusu Yunus Ebnutalibi də izləyir. Namizədlər arasında “Frozinone”də icarə əsasında çıxış edən Antonio Raymondo da var.
Beləliklə, “Yuventus”un transfer siyahısında beş hücumçu yer alır.







