featured-image-74137

“Araz-Naxçıvan”ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.

Msport.az xəbər verir ki, təyinat baş məşqçi Andrey Demçenkonun istəyi ilə gerçəkləşib.

39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək. Ukraynalı mütəxəssislə 5 ay + 1 il müddətini əhatə edən müqavilə imzalanıb.

Qeyd edək ki, məşqçilər korpusunda Y.Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.

Bənzər xəbərlər