“Araz-Naxçıvan”dan Şimali Makedoniya klubuna
“Araz-Naxçıvan”dan ayrılan Elvis Maşikenin yeni klubu müəyyənləşib.
Msport.az xəbər verir ki, hücumçu karyerasına Şimali Makedoniyada davam edəcək.
O, bu ölkənin “Qostivar” klubu ilə anlaşıb. Tərəflər arasında bir illik müqavilə imzalanıb.
30 yaşlı futbolçu ötən mövsümün əvvəlində “Araz-Naxçıvan”a keçmişdi. O, buna qədər “Slovan”(Liberets), “Jilina”, “Seniça”, “Hamrun” kimi klublarda oynamışdı.