featured-image-41657

Qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan “Araz-Naxçıvan” ən yaxın izləyicisini cəmi 2 xal qabaqlayır.

Msport.az xəbər verir ki, keçirdiyi 10 oyunun 8-də qələbə qazanan “qırmızı-ağlar” digər iki oyunun birində yenilib, birində isə xalları yarı bölüb.

Bəs son çempion qış fasiləsindən necə yararlanacaq, hansı mövqeləri gücləndirəcək?

Baş məşqçi kimi cari mövsümdə debüt edən Vitali Borisovun azfutzal.az-a açıqlaması: “Yanvarın 12-də hazırlığa başlayacağıq. 2-3 gün yüngül məşqlərlə kifayətlənəcəyik. Yanvarın 15-dən isə fiziki yükləmələr başlayacaq. Fiziki planda çalışmalarla paralel taktiki məşqlərə də yer ayıracağıq. Qış fasiləsinə qədər keçirdiyimiz oyunlar zamanı ortaya çıxan problemləri aradan qaldırmalıyıq.

Heyətlə bağlı da dəyişikliklər olacaq. Erik Dannilo, Xətai Bağırov və İsa Atayev komandadan ayrılıb. Onlara karyeralarında uğurlar arzulayırıq. Biz də bu boşluqları doldurmalıyıq. 3-4 futzalçı ilə danışıqlarımız olub, onların yolunu gözləyirik. “Stolb” mövqeyinə mütləq transfer edəcəyik. Digər transferlərimiz də hücumameyilli oyunçular olacaq. Çünki müdafiə xətti ilə bağlı çətinliyimiz yoxdur. Çalışırıq ki, transferlər komandanın toplanışına qədər yekunlaşsın”.

Bənzər xəbərlər