featured-image-46076

“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu İqor Ribeyro zədəsini sağaldıb.

Msport.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, son iki oyunda iştirak etməyən müdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.

28 yaşlı futbolçunun Gəncə klubu ilə matçda iştirak edib-etməyəcəyinə oyun günü aydınlıq gələcək. “Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən fransalı yarımmüdafiəçi Aksel Nqandonun müalicəsi isə davam edir.

Qeyd edək ki, aprelin 5-də “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Kəpəz” oyunu saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər