“Araz-Naxçıvan” “Turan Tovuz”la yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan” Azərbaycan Premyer Lİqasında yaranmış fasilə ilə əlaqədar futbolçulara üç gün istirahət verib.
Msport.az xəbər verir ki, komanda üzvləri oktyabrın 11-də bir araya gələcək və məşqlərin Bakıda davam etdirəcək.
“Araz-Naxçıvan” oktyabrın 14-də “Turan Tovuz”la yoxlama oyunu keçirəcək. Görüşün məkanı və başlama saatı hələlik bəlli deyil.