Arda Gülər əməliyyat olunacaq
“Real Madrid”in yeni transferi Arda Gülər əməliyyat olunacaq.
Msport.az xəbər verir ki, əməliyyat türkiyəli futbolçunun sağ diz nahiyyəsində aparılacaq. 18 yaşlı yarımmüdafiəçinin 6 həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Qeyd edək ki, Gülər bir müddət öncə “kral klubu”nun məşqində zədələnmişdi. O, 25 milyon avro qarşılığında “Fənərbağça”dan transfer olunub.
Royal Türksoy







