Arda Gülər “Top-5” liqalara başçılıq edir
“Real”ın hücumçusu Kilian Mbappe və yarımmüdafiəçisi Arda Gülər bu mövsüm yaradılan qol şanslarının sayına görə Avropanın ilk beş liqasındakı futbolçuların reytinqinə başçılıq edir.
Msport.az xəbər verir ki, Mbappe və Gülərin hazırda hər biri 14 qol şansı ilə bu mövsüm “böyük beşlik” çempionatlarına başçılıq edir.
Reytinqdə sonrakı yerləri hərəyə 12 qol şansı+ötürmə ilə “Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş, “Vilyarreal”ın oyunçusu Nikolas Pepe və “Marsel”in üzvü Meyson Qrinvud tutur.
Fransalı forvard və türkiyəli yarımmüdafiəçi La Liqada şənbə günü “Real Sosyedad”la matçın (2:1) əsas qəhrəmanları arasında olub. Hər ikisi qol vurub və məhsuldar ötürmə edib.