Arda Güler zədələndi
“Real” heyətində ciddi itki baş verib.
Msport.az xəbər verir ki, Madrid klubunun yeni transferi Arda Güler zədələnib. 18 yaşlı futbolçu komandanın təlim-məşq toplanışını tərk edərək müalicə üçün Madridə dönüb.
Türkiyə millisinin üzvünün 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, “Real” Arda Güleri bu yay “Fənərbaxça”dan transfer edib.







