featured-image-32673

Türkiyə futbolunun gənc istedadı Arda Gülər “Barselona”ya keçəcək. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku “Fənərbaxça”nın oyunçusunu razı sala bilib.

18 yaşlı yarımmüdafiəçi 17,5 milyon avroya transfer olunacaq. Müqaviləyə əsasən, o, həmin il əvvəlki klubuna icarəyə veriləcək.

Gülər bu yay “Barsa”ya keçmək istəsə də, sonradan daha bir mövsüm Türkiyədə çıxış etməyə razılaşıb. İspaniya təmsilçisi futbolçunun qeydiyyat məsələsini həll edəcəklərindən əmin olmadıqlarından müqaviləyə icarə bəndini salıb.

Arda Güler “Gənclərbirliyi” akademiyasının yetirməsidir. O, 2014-2019-cu illərdə Ankara klubunun akademiyasında olub. Arda ordan “Fənərbaxça”ya gəlib. Gənc futbolçu ötən mövsüm 51 oyunda 9 qol vurub və 12 məhsuldar ötürmə verib.

ANAR 

Bənzər xəbərlər