Arda Gülərin transferi ən populyar mövzu olub
Türkiyəli futbolçu Arda Gülərin “Real”a transferi dünən əsas idman hadisəsi olub. Msport.az xəbər verir ki, Madrid klubu 18 yaşlı oyunçunun keçidini açıqladıqdan 5 saat sonra tviterdə postu 518 min nəfər bəyənib.
Bu “kral klubu”nun tviterdə yeni rekordu olub. İndiyə qədər heç bir paylaşım bu qədər bəyəni qazanmayıb.
Artıq transferin elan olunmasından iki gün keçib. Hazırda həmin postu 768,3 min nəfər “like” edib.
Buna qədər rekord Kərim Benzemanın Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”nin qapısına vurduğu qol xəbərində idi.







