Arda Turan baş məşqçi təyin olundu - RƏSMİ
Türkiyə futbolunun əfsanəsi Arda Turan məşqçiliyə başlayıb.
Msport.az xəbər verir ki, 36 yaşlı keçmiş futbolçu birinci divizion təmsilçisi “Eyüpspor”u çalışdıracaq. Tərəflər arasında 1,5 illik müqavilə bağlanılıb. “Eyüpspor” hazırda 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Arda Turan ötən ilin sentyabr ayında futbolçu karyerasını bitirib.
Royal Türksoy







