Arda Turan Türkiyəyə qayıda bilər
“Trabzonspor” baş məşqçi postu üçün Arda Turanın namizədliyini yenidən gündəmə gətirib.
Msport.az xəbər verir ki, Qara dəniz təmsilçisi 39 yaşlı gənc mütəxəssisi komandanın sükanı arxasına gətirmək üçün rəsmi addımlar atmağı planlaşdırır.
Məşqçilik karyerasında “Şaxtyor”dakı çıxışı ilə diqqət çəkən Turan rəhbərliyin əsas hədəfidir.
Kluba yeni nəfəs gətirmək istəyən “Trabzonspor” rəhbərliyinin yaxın günlərdə mütəxəssislə danışıqları sürətləndirəcəyi bildirilir.







