featured-image-48206

İngiltərənin “Arsenal” klubu İspaniya təmsilçisi “Real”ın gənc ulduz futbolçusu Arda Güleri transfer etmək niyyətindədir.

Msport.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, topçular türkiyəli yarımmüdafiəçi üçün 45 milyon avroluq rəsmi təklif göndərib.

Madrik klubu buna mənfi cavab verib. Onlar 19 yaşlı futbolçunun qarşıdakı illərdə komandanın bir parçası olaraq görür. Buna görə də gənc oyunçu üçün gələn təkliflər dəyərləndirilməyəcək.

Qeyd edək ki, “Real” Arda Güleri 2023-cü ilin yayında “Fənərbaxça”dan transfer edib. Türkiyə millisinin üzvü La Liqa nəhənginin heyətində meydana çıxdığı 11 rəsmi 4 qol vurub. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

Bənzər xəbərlər