featured-image-70082

“Real”ın türkiyəli futbolçusu Arda Güler bir çox klubların diqqət mərkəzinə düşüb. Msport.az xəbər verir ki, “Arsenal”, “Tottenhem”, “Nyukasl”, Milan”, “Leyptsiq” və Dortmund “Borussiya”sının skautları İspaniyaya gələrək Ardanın oyununu izləyiblər.

Amma Madrid təmsilçisi 20 yaşlı futbolçunu satmaq fikrində deyil. Klubda onun oyunundan razıdırlar və Ardaya uzunmüddətli layihə kimi baxırlar. Bu səbəbdən də “Real” Türkiyə millisinin üzvü üçün satış qiyməti müəyyənləşdirməyib.

Arda Güler 2023-cü ilin yayından “kral klubu”nda çıxış edir. Bu mövsüm bütün turnirlərdə 14 oyunda meydana çıxan futbolçu 4 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Real”la müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Bənzər xəbərlər