featured-image-44651

İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

Msport.az xəbər verir ki, Pep Qvardiolanın baş məşqçisi olduğu kollektiv buna 1/8 final mərhələsinin cavab oyununda
Danimarkanın “Kopenhagen” komandasını (3:1) məğlub etməklə nail olub.

Bu, “şəhərlilər”in qitənin bir nömrəli klub turnirində cari mövsüm ardıcıl 8-ci qələbəsidir.

İlk matçda da rəqibini eyni hesabla üstələyən “Mançester Siti” 1/4 finala yüksəlib. Bu raundun püşkatma mərasimi martın 15-də olacaq.

Bənzər xəbərlər