featured-image-41617

“Tottenhem”in yarımmüdafiəçisi Deyan Kuluşevski İsveçdə 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

Msport.az xəbər verir ki, 23 yaşlı futbolçu ardıcıl ikinci dəfə ölkəsində “Qızıl top” mükafatını qazanıb.

Kuluşevskinin London klubu ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. “Transfermarkt” portalı futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.

Bu mövsüm isveçli yarımmüdafiəçi bütün turnirlərdə 20 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər