featured-image-45558

KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi bəlli olub.

Msport.az-ın məlumatına görə, finalda Meksika yığmasını 2:0 hesabı ilə üstələyən ABŞ millisi titula sahib çıxıb.

Qolları 45-ci dəqiqədə Tayler Adams və 63-cü dəqiqədə Giovanni Reyna vurublar.

Beləliklə, komanda ardıcıl üçüncü dəfə bu turnirdə qızıl medalları əldə edib.

Üçüncü yer uğrunda görüşdə Yamayka Panamanı minimal hesabla üstələyib – 1:0. Qələbə qoluna 42-ci dəqiqədə Dekster Lembikisa imza atıb.

Bənzər xəbərlər