Argentina 6 ildən sonra FİFA reytinqinə başçılıq edəcək
Argentina millisi FİFA-nın yeni reytinq cədvəlində 1-cı sıraya yüksələcək. Msport.az “Globo Esporto”ya istinadən xəbər verir ki, Lionel Skaloninin komandası martı 24-də yoldaşlıq oyununda Panamanı (2:0), 29-da isə Kürasaonu məğlub edib – 5:0.
Aprelin 6-da açıqlanacaq reytinq siyahısında Argentina 1841 xal toplayaraq 2017-ci ildən sonra ilk dəfə 1-cı yerdə olacaq.
Yoldaşlıq matçında Mərakeşə uduzan (1:2) Braziliya 3-cü sıraya düşəcək. Fransa 2-ci pillədə qalacaq.
ANAR ABDULLAYEV







