featured-image-69386

2026-cı il dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə növbəti oyunları keçirilib.

Msport.az xəbər verir ki, Boliviya yığması Braziliyanı 1:0 hesabı ilə məğlub edib. Braziliya, ümumilikdə 28 xal toplayaraq seçmə mərhələni 5-ci yerdə başa vuraraq birbaşa mundiala vəsiqə qazanıb. Boliviya isə 20 xalla 7-ci yeri tutaraq qitələrarası pley-off mərhələsində oynamaq şansı əldə edib.

Ekvador – Argentina qarşılaşması da 1:0 hesabı ilə başa çatıb. Bu qarşılaşmada da hesab penaltidə açılıb. Qolu 45+13-cü dəqiqədə Enner Valensiya vurub. Lionel Messi bu oyunda iştirak etməyib.

Argentina 38 xalla 1-ci, Ekvador isə 2-ci yerdə qərarlaşıb.

Beləliklə, Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Braziliya və Paraqvay DÇ-2026-ya vəsiqə qazanıblar.

Bənzər xəbərlər