featured-image-29207

Argentina millisi Asiyada iki yoxlama oyunu keçirəcək. Msport.az “TyC Sports”a istinadən xəbər verir ki, Lionel Messinin komandası Çin və İndoneziya yığmaları ilə görüşməyi planlaşdırır.

Hər iki matçın iyunda keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Argentina Qətərdə keçirilən son dünya çempionatının qalibi olub. Cənubi amerikalılar finalda Fransa seçməsini məğlub ediblər – 3:3, penaltilərlə 4:2.

ANAR

Bənzər xəbərlər