featured-image-39946

2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olan Argentina millisinin baş məşqçisi Lionel Skaloni vəzifəsindən ayrıla bilər.

Mspor.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis açıqlamasında bildirib.

O, DÇ-2026-nın seçmə mərhələsində Braziliyanı 1:0 hesabı ilə məğlub etdikləri səfər matçından sonra mümkün istefaya işarə vurub: “İndi topu saxlayıb düşünməyə başlamağın vaxtıdır. Bu futbolçular mənə çox şey qazandırdılar. Gələcəyimlə bağlı nə edəcəyimi çox düşünməliyəm. Bu vida deyil, amma tələb çox yüksəkdir, çox enerji tələb edir. Davam etmək, qalib gəlmək çətindir. Komandaya maksimum enerjiyə sahib olan məşqçi lazımdır”.

Qeyd edək ki, Argentina millisi Cənubi Amerika zonasında 15 xalla turnir cədvəlinə başçılıq edir.

Bənzər xəbərlər