featured-image-43297

Braziliya millisi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilməyib.

Msport.az xəbər verir ki, olimpiya yığması Cənubi Amerika zonasının seçmə turnirində Argentinaya uduzub.

Görüş “tanqoçular”ın 1:0 hesablı qələbəsi ilə bitib.

Üç görüşdə üç xal əldə edən “sambaçılar” olimpiadadan kənarda qalıblar. Argentina yığması isə vəsiqəni təmin edib.

Xatırladaq ki, Paris Yay Olimpiya oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bənzər xəbərlər