featured-image-36827

Argentina millisi 22 matçdır ki, məğlub olmur.

Msport.az xəbər verir ki, argentinalılar DÇ-2026-nın seçmə mərhələsində Ekvador yığmasını 1:0 hesabı ilə məğlub edərək buna nail olublar.

“Tanqoçular” dünya çempionatlarının seçmə mərhələlərində məğlubiyyətsizlik seriyasını 22 matça çatdırmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıblar. Cənubi Amerikada rekord ardıcıl 34 məğlubiyyətsiz görüşlə Braziliyaya məxsusdur.

Dünya çempionatının seçmə mərhələlərində mütləq rekordçu isə İspaniyadır. “Buğalar” 1993-cü ildən 2021-ci ilə qədər ardıcıl 66 qarşılaşmada uduzmayıblar.

Bənzər xəbərlər