featured-image-20734

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Cənubi Amerika (KONMEBOL) zonası üzrə 2022-ci ilin simvolik komandasını açıqlayıb.

Msport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda ötən il dünya çempionu olan Argentina millisinin 7 futbolçusu yer alıb.

Digər 4 yeri isə Braziliya yığmasının futbolçuları tutublar.

Qapıçı: Emiliano Martines (Argentina);

Müdafiəçilər: Kristian Romero, Nikolas Otamendi (hər ikisi Argentina), Tyaqo Silva (Braziliya);

Yarımmüdafiəçi: Enzo Fernandes, Rodriqo de Paul (hər ikisi Argentina), Kazemiro, Neymar (hər ikisi Braziliya);

Hücumçular: Lionel Messi, Xulian Alvares (hər ikisi Argentina), Vinisius Junior (Braziliya).

Bənzər xəbərlər