featured-image-39787

Argentina və Braziliya yığmaları DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasının V turunda məğlub olublar.

Msport.az-ın məlumatına görə, son dünya çempionu öz meydanında Uruqvaya, “pentakampeonlar” isə səfərdə Kolumbiyaya uduzublar.

Bu nəticələrdən sonra argentinalılar 12 xalla liderliyi qorusalar da, ikinci pillədəki Uruqvay fərqi 2 xala endirib. Kolumbiya 9 xalla üçüncü yerə yüksəlib. Hesabında 7 xal olan Braziliya isə beşinci pilləyə düşüb.

DÇ-2026, seçmə mərhələ

Cənubi Amerika zonası

V tur

Boliviya – Peru 2:0

Venesuela – Ekvador 0:0

Argentina – Uruqvay 0:2

Kolumbiya – Braziliya 2:1

Çili – Paraqvay 0:0

Xal durumu: Argentina – 12, Uruqvay – 10, Kolumbiya – 9, Venesuela – 8, Braziliya – 7, Ekvador – 5, Paraqvay – 5, Çili – 5, Boliviya – 3, Peru – 1.

Bənzər xəbərlər