featured-image-18879

Argentina millisinin qapıçısı Emiliano Martines komanda yoldaşı Lionel Messi haqqında fikirlərini bildirib.

Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, 30 yaşlı qolkiper Messinin ölkəsində böyük nüfuza sahib olduğunu deyib:

“Messi mənimlə selfi edəndə qürur duydum, həmin fotonu isə çərçivəyə salıb evimdən asdım.

Messi Argentinanın qəhrəmanıdır. İnsanlar prezdentdən çox ona hörmət edirlər. Messi istəsə, insanlar 24 saat evdən çıxmazlar. O, çox yaxşı oğlandır, həqiqətən yaxşıdır. Onun eqosu yoxdur, onunla görüşəndə bunu başa düşmək olar. Messini dünyada hər kəs tanıyır. Onunla rastlaşanda sadəcə əlini sıxıb keçə bilərsiniz.

Messi ya Ronaldu? Mən həqiqətən bu suala cavab verməliyəm. O zaman Messi. Bu ona görə deyil ki, belə cavab verməliyəm, sadəcə hesab edirəm ki, Messi daha yaxşıdır. Hər kəs bilir ki, o, dünyanın ən yaxşı futbolçusudur. O, sehrbaz kimi dünyaya gəlib”.

 

Bənzər xəbərlər