featured-image-56061

İspaniya millisinin və “Real”ın sabiq müdafiəçisi Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.

Msport.az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, təcrübəli müdafiəçiyə “Boka Xuniors”dan təklif gəlib.Bu variant Ramosun “Real”dakı keçmiş komanda yoldaşı Fernando Qaqonun “Boka Xuniors”a baş məşqçi təyin olunmasından sonra ortaya çıxıb.

Argentinalı 38 yaşlı mərkəz müdafiəçisi ilə münasibəti çox yaxşıdır və onu “Boka Xuniors”a dəvət edib. Artıq tərəflər arasında danışıqlara start verlib. Xatırladaq ki, Ramos bu yay “Sevilya”dan ayrıldıqdan sonra klubsuz qalıb. Daha əvvəl “Deportivo” ispaniyalının transferinə eyham vurmuşdu.

Bənzər xəbərlər