Argentinalılar yenə Braziliya və Fransa ilə məzələndilər - Martines 1 dəqiqəlik sükut elan etdi
Argentina millisinin hücumçusu Lautaro Martines Braziliya və Fransa yığmasının DÇ-2022-dəki çıxışını istehza ilə xatırlayıb. Msport.az xəbər verir ki, “İnter”in forvardı Panama ilə yoldaşlıq oyunundan (2:0) sonra mikrafonu əlinə götürərək 83 min azarkeşi əyləndirib:
“Braziliya, nə baş verdi? Beşqat dünya çempionu sındı” – Martines oxumağa başlayıb. Daha sonra Lautaro Fransa yığması üçün 1 dəqiqəlik sükut elan edib.
Xatırladaq ki, Lionel Skalonin komandası DÇ-2022-nin finalında Fransanı oyunsonrası penalti zərbələri ilə (3:3, 4:2-penaltilərlə) məğlub edib. Braziliya isə 1\4 finalda Xorvatiyaya uduzaraq mübarizəni dayandırıb.
ANAR ABDULLAYEV







