featured-image-30518

Arne Slot “Tottehem”in təklifindən imtina edib. Msport.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı məşqçi “Feyenoord”dakı fəaliyyətini davam etdirəcək.

44 yaşlı mütəxəssis müqaviləsini uzatmaqla bağlı Rotterdam klubunun rəhbərliyi ilə görüşəcək. Onun hazırkı anlaşması 2025-ci ilə qədərdir.

“Digər klubların maraqlanması ilə bağlı söz-söhbətlər gəlib çatırdı. Mənə xoş olsa da, “Feyenoord”da qalmaq istəyirəm. Ötən il başladığımız işi davam etdirmək niyyətindəyəm.

Klubdan ayrılmağım barədə söhbət yoxdur və olmayıb. Rəhbərliklə görüşüm müqaviləni uzatmaqla bağlı idi. Növbəti mövsümü səbirsizliklə gözləyirəm”.

Arne Slot “Feyenoord”a 2021-ci ildən rəhbərlik edir. Klub bu il onun rəhbərliyi altında 2017-ci ildən sonra ilk dəfə Niderland çempionu olub.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər