14 ildən sonra
“Arsenal” UEFA Çempionlar Liqasında 14 ildən sonra 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Msport.az xəbər verir ki, Mikel Artetanın baş məşqçisi olduğu komanda 1/8 finalda “Portu”nu mübarizədən kənarlaşdırıb – 1:0, 0:1 (pen-4:2).
“Topçular” son olaraq 2010-cu ildə qitənin bir nömrəli klub turnirində 1/4 finalda “Barselona”ya iki oyunun nəticəsinə əsasən uduzmuşdu – 3:6.