featured-image-29846

“Arsenal” İngiltərə Premyer Liqasının 36-cı turunda sarsıdıcı məğlubiyyətlə üzləşib. Msport.az xəbər verir ki, London klubu doğma divarlar arasında “Brayton”a 0:3 hesabı ilə uduzub.

“Topçular” bu məğlubiyyətlə çempion olmaq şansını bir az da çətinləşdiriblər.

Artetanın komandası lider “Mançester Siti”dən 4 xal geri qalır. Qeyd edək ki, “siti”nin ehtiyatda bir oyunu da var.

İngiltərə Premyer Liqası 

36-cı tur

“Arsenal” – “Brayton” 0:3

Qollar: Xulio Ensio, 51, Deniz Undav, 86, Pervis Estupinyan, 90+6.

Bənzər xəbərlər