featured-image-47381

İtaliyanın “İnter” klubunun futbolçusu Markus Tyuram karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az “Teamtalk.com”a istinadən xəbər verir ki, “Arsenal” hücumçunu heyətinə cəlb etmək istəyir.

“Topçular” yay transfer dönəmində çoxfunksiyalı hücumameyilli oyunçu almaq niyyətindədirlər. London klubu məhz buna görə fransalı forvardı izləyir.

Qeyd edək ki, Tyuram cari mövsüm A Seriyasında 32 matça çıxıb, 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər