featured-image-26807

“Barselona”nın futbolçusu Rafinya yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Msport.az xəbər verir ki, 26 yaşlı hücumçu “Arsenal”ın maraq dairəsinə düşüb. “Barselona”daki durumundan narazı olan braziliyalı forvard “topçular”ın heyətinə qoşulmağa müsbət yanaşır.

Qeyd edək ki, Rafinya Kataloniya təmsilçisinə mövsümün əvvəlində “Lids Yunayted”dən keçib. O, cari mövsüm ərzində 37 oyuna çıxıb, 9 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Royal Türksoy

Bənzər xəbərlər