“Arsenal” Bukayo Saka ilə müqaviləni uzatdı
“Arsenal” Bukayo Saka ilə müqavilənin uzadıldığını açıqlayıb. Msport.az xəbər verir ki, futbolçunun yeni müqaviləsi 2027-ci ilə kimi nəzərdə tutulub.
Əvvəlki anlaşma 2024-cü ilin yayına qədər idi.
“Xeyl-Enddən (“Arsenal”ın Akademiyası) əsas komandaya kimi. Növbəti paraqrafın vaxtı gəlib” – London klubunun rəsmi tviter səhifəsi belə yazıb.
21 yaşlı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 37 oyunda 13 qol vurub və 11 məhsuldar ötürmə verib.
ANAR ABDULLAYEV