featured-image-19892

“Arsenal” İngiltərə Premyer Liqasının 19-cu turunda “Nyukasl”la qarşılaşıb.

Msport.az xəbər verir ki, bu matçda Mikel Artetanın komandası cari mövsümdə ilk dəfə rəqib qapısına yol tapa bilməyib.

“Topçular” bundan əvvəlki oyunların hamısında azı 1 qol vurublar.

Xatırladaq ki, “Arsenal”ın meydanında baş tutan “Nyukasl”la qarşılaşma 0:0 hesabıyla yekunlaşıb. London təmsilçisi hazırda 44 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.

Bənzər xəbərlər