featured-image-26417

İngiltərə millisinin futbolçusu Bukayo Saka “Arsenal”la müqaviləsinin müddətini uzadacaq.

Msport.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

O, 22 yaşlı yarımmüdafiəçinin imzalayacağı yeni sözləşmənin müddətini açıqlamayıb.

Qeyd edək ki, Sakanın “topçular”la hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Gənc vinger bu mövsüm bütün turnirlərdə 38 oyunda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Cahid

Bənzər xəbərlər