featured-image-43885

İngiltərənin “Arsenal” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində ardıcıl beşinci məğlubiyyətini alıb.

Msport.az xəbər verir ki, Mikel Artetanın baş məşqçisi olduğu komanda son olaraq Portuqaliyada “Portu”ya yenilib – 0:1.

“Topçular” 2015/2016 mövsümündə “Barselona”ya (0:2 və 1:3), 2016/2017 mövsümündə “Bavariya”ya (hər iki matçda 1:5) yeniliblər.

Qeyd edək ki, “Arsenal”ın “Portu” ilə cavab matçı martın 12-də olacaq.

Bənzər xəbərlər