featured-image-25008

İngiltərə Premyer Liqasında 27-ci tura yekun vurulub.

Msport.az xəbər verir ki, bu gün daha 4 görüş tutub.

“Mançester Yunayted” “Sauthempton”la ev oyununda xal itirib. “Vest Hem” – “Aston Villa” matçı da heç-heçə yekunlaşıb. “Nyukasl” – “Vulverhempton” matçında meydan sahibləri qalib gəliblər. Səfərdə “Fulhem”lə qarşılaşan lider “Arsenal” isə darmadağına sevinib.

Hazırda 66 xala malik “Arsenal” vahid liderdir. İkinci pillədəki “Mançester Siti”nin 61, üçüncü olan “Mançester Yunayted”in isə 50 xalı var. “Tottenhem” 48, “Nyukasl” 44, “Liverpul” 42, “Çelsi” 37 xal toplayıb.

İngiltərə Premyer Liqası
27-ci tur

11 mart

Bornmut – Liverpul 1:0
Qol: Billinq, 28.

Everton – Brentford 1:0
Qol: Maknil, 1.

Lids – Brayton 2:2
Qol: Bamford, 40. Harrison, 78 – Makallister, 33. Harrison, 61-öz qapısına.

Lester Siti – Çelsi 1:3
Qol: Daka, 39 – Çilluel, 11. Haverts, 45+6. Kovaçiç, 78.

Tottenhem – Nottingem Forest 3:1
Qol: Keyn, 19; 35-pen. Son, 62 – Vorrail, 81.

Kristal Pelas – Mançester Siti 0:1
Qol: Haland, 78-pen.

12 mart

Fulhem – Arsenal 0:3
Qol: Qabriel, 21. Martinelli, 26. Edeqor, 45+2.

Mançester Yunayted – Sauthempton 0:0

Vest Hem – Aston Villa 1:1
Qol: Benrahma, 26 – Uotkins, 17.

Nyukasl – Vulverhempton 2:1
Qol: İsak, 26. Almiron, 79 – Hvanq, 70.

Bənzər xəbərlər