featured-image-44529

İngiltərənin “Arsenal” klubu Premyer Liqanın XXVII turunda səfərdə “Şeffild Yunayted”i darmadağın edib.

Msport.az xəbər verir ki, “topçular” rəqibini altı cavabsız qolla üstələyib.

Beləliklə, London təsilçisi İngiltərə futbol tarixində ardıcıl üç səfər matçında 5+ top fərqi ilə qalib gələn ilk komanda kimi tarixə düşüb. Daha əvvəl Mikel Artatanın komandası səfərdə “Vest Hem” (6:0) və “Bernli”ni (5:0) məğlubiyyətə uğradıb.

Bundan əlavə, “Arsenal”ın son 4 qarşılaşmadakı top fərqi 21-1-ə bərabər olub.

Komanda 61 xalla Premyer Liqada üçüncü pillədə qərarlaşıb. “Liverpul” 63 xalla liderdir.

Bənzər xəbərlər