featured-image-63944

Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”ı hər iki oyunda məğlub edən “Arsenal” tarixi rekorda imza atıb.

Msport.az xəbər verir ki, Londondakı 3:0 hesablı üstünlükdən sonra “topçular” Madriddə də 2:1 hesablı qələbə qazanıb.

“Arsenal” bununla “Real”ı ardıcıl ikinci dəfə “Santyaqo Bernabeu”da məğlub edən ilk komanda olub. İngiltərə təmsilçisi 2006-cı ilin fevralında Çempionlar Liqasının 1/8 final mərhələsində “kral klubu”na səfərdə 1:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, tarixi ərzində heç vaxt Çempionlar Liqasını qazanmayan “Arsenal” yarımfinalda PSJ ilə qarşılaşacaq.

Bənzər xəbərlər